Azərbaycana dərman idxalı artıb

Azərbaycana dərman idxalı artıb
# 16 fevral 2017 09:04 (UTC +04:00)

“2016-cı ildə 2015-ci illə müqayisədə dərman vasitələrinin idxalı 20 faiz artıb. 2016-cı ilin dekabrında 2015-ci ilin dekabr ayı ilə müqayisədə 30 faiz, 2017-ci ilin yanvarında 2016-cı ilin yanvar ayı ilə müqayisədə 51 faiz artım qeydə alınıb. Ölkədə hər hansı dərman qıtlığından söhbət gedə bilməz”. APA-nın xəbərinə görə, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə gün ərzində satılan dərman vasitələrinin sayı yüz minlərlədir: “Dərman vasitələrinin idxalı 50-dən çox fəal idxalçı şirkət tərəfindən həyata keçirilir”.

İ. Məcidov qeyd edib ki, ölkədə 2000-dən çox aptek fəaliyyət göstərir: “Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən apteklərin sayı 22-dir. Bu isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə orta göstəriciyə uyğundur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR