Ən iri neft treyderi aktivlərinin bir qismini satır

Ən iri neft treyderi aktivlərinin bir qismini satır
# 25 oktyabr 2016 10:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dünyanın ən iri müstəqil neft treyderi olan "Vitol" ona məxsus "VTTI BV" şirkətinin səhmlərinin 50%-ni satır.

"APA-Economics" xəbər verir ki, səhm paketinin dəyəri 1,15 mlrd. dollar həcmində qiymətləndirilir.

"VTTI BV" 5 qitədə yerləşən 13 liman terminalının operatorudur. Bununla yanaşı, şirkətin balansında 54 mln. barrel tutumu olan neft rezervuarları mövcuddur.

Səhm paketini ABŞ-ın ən iri neft treyderlərindən biri olan "Buckeye Partners" şirkəti alır.

Əqdin 2017-ci ildə bağlanması gözlənilir.

Əqd bağlandıqdan sonra "VTTI BV" paritet əsaslarda "Buckeye Partners" və "Vitol" şirkətlərinə məxsus olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR