"Azəriqaz" "ASAN xidmət" vasitəsilə 11 min istehlakçıya xidmət göstərib

"Azəriqaz" "ASAN xidmət" vasitəsilə 11 min istehlakçıya xidmət göstərib
# 04 noyabr 2016 09:27 (UTC +04:00)

2016-cı ilin oktyabr ayı ərzində Bakı şəhərindəki 1, 2, 3, 4, 5 saylı, eləcə də Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə qaz istehlakçıları tərəfindən ümumilikdə 10 996 müraciət daxil olub.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, əsasən "smart" tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, "Azəriqaz"ın müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

"İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR