Rusiyada təyyarə qəzasında ölən 2 nəfərin meyiti tanınıb

Rusiyada təyyarə qəzasında ölən 2 nəfərin meyiti tanınıb
# 26 dekabr 2016 21:24 (UTC +04:00)

Rusiyada təyyarə qəzasında ölən 2 nəfərin meyiti tanınıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölən şəxslər və təyyarənin qalıqlarının tapılması istiqamətində aparılan əməliyyat davam edir.

Məlumata görə, təyyarənin “qara qutuları” hələ ki, tapılmayıb.

Qeyd edək ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Tu-154 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR