AÇQ-nin səhmdarı daha bir şirkət alır

AÇQ-nin səhmdarı daha bir şirkət alır
# 11 oktyabr 2016 15:01 (UTC +04:00)

Bakı - APA-Economics. ABŞ-ın "ExxonMobil" korporasiyası Kanadanın "InterOil" şirkətini alır. "APA-Economics" "Insider" nəşrinə istinadən xəbər verir ki, artıq bunun üçün lazımi razılıqlar alınıb.

Əqd $2,5 mlrd. dəyərində qiymətləndirilir.

"InterOil" şirkətinin səhmdarları hər adi səhmə görə $45 dollar alacaq.

Maraqlıdır ki, Kanada şirkətinin təsisçisi və üçüncü iri investoru ABŞ korporasiyasının təklifini qeyri-adekvat adlandırıb.

Qeyd edək ki, "ExxonMobil" Azəri-Çıraq-Günəşli (AÇQ) layihəsində 8%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR