Zaybert: “Normand dördlüyü”nun görüşü barədə qərar qəbul olunmayıb

Zaybert: “Normand dördlüyü”nun görüşü barədə qərar qəbul olunmayıb
# 12 oktyabr 2016 20:52 (UTC +04:00)

Bakı-APA. “Normand dördlüyü” ölkələrinin liderlərinin növbəti görüşünə dair qərar qəbul olunmayıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bəyan edib.

“Minsk razılaşmaları imzalandığı andan bütün səviyyələrdə davamlı və intensiv danışıqlar aparılıb. Lakin bu gün “Normand dördlüyü”nun növbəti görüşünə dair qərar qəbul olunmayıb”, deyə Ş.Zaybert bildirib.

Qeyd edək ki, bu gün Almaniya tərəfinin təşəbbüsü ilə kansler Angela Merkel, Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Söhbət zamanı Ukrayna və Suriyadakı vəziyyət müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR