Qüdrət Həsənquliyev: “Trampın qərarı dünyada islamofobiyaya yol açır”

Qüdrət Həsənquliyev: “Trampın qərarı dünyada islamofobiyaya yol açır”
# 01 fevral 2017 09:59 (UTC +04:00)

“Azərbaycan ABŞ-ın müxtəlif qurumları, qeyri-hökumət təşkilatları tərəfindən tənqidə məruz qalıb. ABŞ-da bu günlərdə 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a buraxılmaması barədə qərar qəbul edib. Biz, Azərbaycanda siyasi partiyalar olaraq, buna etirazımızı bildirməliyik”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev söyləyib.

O bildirib ki, ABŞ prezidenti Donald Trampın qəbul etdiyi qərar dünyada islamofobiyaya yol açır: “Azərbaycanda bu il İslam Həmrəyliyi ili elan edilib. ABŞ demokratiyanın müdafiəçisi kimi özünü qələmə verdiyi halda, belə qərar qəbul etməsi utancdır. Etirazımızı bildirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR