Gürcüstanda 2008-ci il avqust münaqişəsinin qurbanları anılıb - FOTOSESSİYA

Gürcüstanda 2008-ci il avqust münaqişəsinin qurbanları anılıb - <span style="color: red;">FOTOSESSİYA
# 08 avqust 2015 20:54 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda keçirilən dövlət və hökumət tədbirlərində 2008-ci ilin avqustunda baş verən Gürcüstan-Rusiya münaqişəsinin qurbanları anılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və hökumət nümayəndələri Muxatqverd qardaşlıq qəbiristanlığındakı memorialın önünə gül dəstələri qoyaraq qəhrəmanların xatirəsini anıblar.

Anım mərasimində Gürcüstanın müdafiə naziri Tina Xidaşeli, daxili işlər naziri Georgi Mqebrişvili və digər nazir və hökumət nümayəndələri iştirak ediblər.

Baş nazir jurnalistlərə açıqlamasında 2008-ci il avqust müharibəsinin gürcü xalqına ağır və sağalmayan yaralar vurduğunu bildirərək, münaqişə qurbanlarının ailələrinə baş sağlığı verib.

İrakli Qaribaşvili hazırda Gürcüstanın yeni dövlətinin Rusiya ilə qarşılıqlı münasibətləri tənzimləməyə cəhd etdiyini bildirib: "Bu gün bizim torpaqlarımız yenə də işğal olunur. Gürcüstan hökuməti məqsədyönlü siyasəti ilə bu işğal prosesini dayandırmağa çalışır. Mənim üçün əsas şey sülh və sabitliyin təmin edilməsidir. Sözsüz ki, sülhün alternativi yoxdur. Biz itirilmiş ərazilərimizi bərpa etmək və abxaz və osetin qardaşlarımız ilə birlikdə yaşamaq istəyirik. Biz bu məsələni yalnız sülh yolu ilə həll etməliyik.

Əlbəttə ki, biz Rusiya ilə ehtiyatlı siyasəti davam etdirməliyik, lakin eyni zamanda biz prinsipial olmalıyıq. Gürcü xalqı abxazlar və osetinlərsiz həyat ilə heç vaxt barışmayacaq", deyə baş nazir deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR