Samuxda qadın ata-anasının və ər evinin zorakılığına məruz qalıb, başı qırxılıb

Samuxda qadın ata-anasının və ər evinin zorakılığına məruz qalıb, başı qırxılıb
# 25 iyul 2017 08:15 (UTC +04:00)

Samux rayon sakini müxtəlif xəsarətlər və dərman zəhərlənməsi diaqnozu ilə Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasına yerləşdirilib.

APA-nın qərb bürosunun xəbərinə görə, Samuxun Ziyadlı kənd sakini, 1988-ci il təvəllüdlü Pənahova İlahə Famil qızının müxtəlif bədən xəsarətləri aldığı, saçlarının qırxıldığı və dərmandan zəhərləndiyi bildirilir.

Onun ata-anası, qayınanası və həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığı, sonradan dərmanla özünü zəhərlədiyi bildirilir.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR