ABŞ bütün vasitələrlə özünü və müttəfiqlərini Şimali Koreyadan müdafiə etməyə hazırdır

ABŞ bütün vasitələrlə özünü və müttəfiqlərini Şimali Koreyadan müdafiə etməyə hazırdır
# 10 fevral 2017 21:26 (UTC +04:00)

Rəsmi Vaşinqton bütün vasitələrlə özünü və müttəfiqlərini Şimali Koreyadan müdafiə etməyə hazırdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp və Yaponiya baş naziri Sindzo Abenin görüşünün yekunlarına dair qəbul olunan bəyanatda deyilir.

“ABŞ və Yaponiya Şimali Koreyanı nüvə silahı proqramlarından imtina etməyə və təxribatlara son qoymağa çağırır. Amerika Birləşmiş Ştatları bütün hərbi imkanları ilə ərazisinin və müttəfiqlərinin qorunmasına sadiqdir”, bəyanatda qeyd olunur.

D.Tramp və S.Abe həmçinin ABŞ-Yaponiya-Cənubi Koreya üçlüyünün əməkdaşlığının vacibliyini vurğulayaraq Şimali Koreya üzrə BMT qətnamələrinin yerinə yetirilməsinə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR