Nazir: "Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir"

Nazir: "Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir"
# 06 oktyabr 2017 11:26 (UTC +04:00)

“Prezidentin müvafiq sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov ali məktəblərdə hazırlıq siniflərinin təşkili ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. O bildirib ki, hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanacaq.

Nazir qeyd edib ki, hansı universitetlərdə hansı ixtisaslar üzrə hazırlıq siniflərinin olacağına dair qərarlar növbəti mərhələlərdə veriləcək: “Hazırda müvafiq ekspertlər, Təhsil Nazirliyinin aidiyyəti şöbələri tərəfindən bu istiqamətdə iş aparır. Müəyyən müddətdən sonra bu məlumat ictimailəşdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR