Neft Fondunun gəlirləri proqnozlaşdırılandan 15% çox olub

Neft Fondunun gəlirləri proqnozlaşdırılandan 15% çox olub
# 05 mart 2019 12:29 (UTC +04:00)

Keçən ilin sonuna Fondun vəsaiti 38 milyard 515,2 milyon dollar təşkil edib və ilin əvvəli ilə müqayisədə Fondun vəsaiti 2 milyard 708,7 milyon dollara və ya 7,6 faizə qədər artıb.

ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2018-ci ildə Neft Fondunun manat ifadəsi ilə vəsaiti dövrün sonuna 4 milyard 601,3 milyon manat artaraq 64 milyard 906,6 milyon manat təşkil edib.

Dövlət Neft Fondunun 2018-ci il büdcəsində cəmi büdcə gəlirlərinin 15 milyard 310,8 milyon manat səviyyəsində olması proqnozlaşdırılıb. Hesabat ili ərzində Fondun gəlirlərinin ümumi həcmi 17 milyard 614,1 milyon manat və yaxud 10 milyard 361 milyon dollar təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən 15 faiz səviyyəsində icra olunub.

Neft Fondunun 2018-ci il üçün büdcə xərclərinin 11 milyard 480,2 milyon manat olması nəzərdə tutulub. Hesabat ili ərzində Fondun büdcə xərcləri 11 milyard 455,6 milyon manat və ya 6 milyard 738,6 milyon dollar təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən 99,8 faiz səviyyəsində icra edilib.

Ümumilikdə, Fondun büdcədənkənar xərcləri 1 milyard 557,2 milyon manat səviyyəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR