“Neftçi” – “Qarabağ” matçında insident baş verib

“Neftçi” – “Qarabağ” matçında insident baş verib
# 25 oktyabr 2016 21:56 (UTC +04:00)

Bakı-APA. Topaz Premyer Liqasının IX turu çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” matçında insident yaşanıb. Matçın 90-cı dəqiqəsində “Qarabağ”ın vurduğu ikinci qoldan sonra meydana azarkeş daxil olub. Meydanın mərkəzinə tərəf irəliləyən azarkeşə gözlənilmədən “Neftçi”nin rumıniyalı hücumçusu Katalin Tira hücum çəkib və iki-üç dəfə zərbə endirib. Rumıniyalı hücumçunun bu hərəkəti baş hakim Ramil Diniyev tərəfindən “qırmızı” ilə cazalandırılıb.

İnsidentlə bağlı meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev açıqlama verib. Apasport.az saytının məlumatına görə, “CBC Sport” telekanalına açıqlama verən mütəxəssis oyunçunun hərəkətini şiddətlə qınadığını bildirib.

“Futbol meydanı boks rinqi deyil, onu çox ciddi cəza gəzləyir. İndi burda açıqlamaq istəmirəm, ancaq özünüz zamanında şahidi olacaqsınız. Ola bilsin ki, klubdan qovulsun” – deyə baş məşqçi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR