Ötən il Azərbaycanda 29 mlrd. kubmetr qaz hasil olunub

Ötən il Azərbaycanda 29 mlrd. kubmetr qaz hasil olunub
# 30 yanvar 2018 11:36 (UTC +04:00)

2017-ci il ərzində Azərbaycanda 28,6 mlrd. kubmetr təbii qaz hasil edilib.

APA-Economics”in məlumatına görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.

Hesabatda deyilir ki, hasil olunan təbii qazın 6,1 mlrd. kubmetri SOCAR-ın, 12,3 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 10,2 mlrd. kubmetri “Şahdəniz”in payına düşür.

Məlumata görə, hazırda Azərbaycanda gündə təqribən 108 min ton neft və 82 mln. kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Ümid” və digər yataqlardan alınır.

Bundan başqa, ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qarşıya qoyulmuş vəzifə müvəffəqiyyətlə yerinə yetirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır: “Ölkənin təbii qazla fasiləsiz təminatında və ixrac imkanlarının genişləndirilməsində yeraltı qaz anbarlarının rolu böyükdür. Cari ildə 1,9 milyard kub metr qaz yeraltı qaz anbarına vurulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR