DİN Lerikdə baş verən qar uçqunu ilə bağlı məlumat yayıb

DİN Lerikdə baş verən qar uçqunu ilə bağlı məlumat yayıb
# 24 fevral 2017 08:29 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Lerikdə baş verən qar uçqunu ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 23-də saat 12.00 radələrində rayonun Orand kəndində yaşayan Əhliman Mustafayevin 3 otaqlı evi hündürlüyü 7 metr olan qar uçqununun altında qalıb və nəticədə evin 1 otağı dağılıb. Həmin otaqdan Ə.Mustafayevin arvadı Şövkətin, gəlini İlahənin, körpə nəvələri Zəhranın və Uğurun meyitləri çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR