Ağdamda məktəbli qız itin hücumuna məruz qalıb

Ağdamda məktəbli qız itin hücumuna məruz qalıb
# 29 oktyabr 2016 14:58 (UTC +04:00)

Ağdamda məktəbli qızı it dişləyib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yüzbaşılı kəndində qeydə alınıb. 6-cı sinif şagirdi Fətəliyeva Şəhanə Müsavir qızı it dişləməsi xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ş. Fətəliyyevaya quduzluq əleyhinə zərdab vurulub.

Qeyd edək ki, bu gün rayonda daha bir nəfər eyni şikayətlə xəstəxanaya daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR