Cəlilabadda qəbiristanlıqda oğurluq olub

Cəlilabadda qəbiristanlıqda oğurluq olub
# 12 noyabr 2016 08:58 (UTC +04:00)

Cəlilabad rayonunda qəbiristanlıqda oğurluq olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən axşam şəhərin Cavadxan küçəsində yerləşən mərkəzi qəbiristanlığında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər qəbiristanlığın yenicə çəkilmiş hasarın 50 metrlik hissəsini sökərək materialları aparıblar. Hadisə barədə ətraf ərazidə yaşayan sakinlər bu gün səhər saatlarında xəbər tutublar.

Sakinlərin sözlərinə görə, əvvəllər də qəbiristanlığın müəyyən hissəsinə çəkilməsi üçün alınmış dəmir konstruksiyalı 30-dan çox hasar layları naməlum şəxslər tərəfindən avtomobilə yüklənərək oğurlanıb.

Faktla bağlı polisə məlumat verilib. Hadisə törədənlərin tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR