Azərbaycanın meşə fondu cüzi artıb

Azərbaycanın meşə fondu cüzi artıb
# 09 fevral 2017 13:26 (UTC +04:00)

Azərbaycanda meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2016-cı ildə meşə təsərrüfatları tərəfindən 10,2 min hektar meşə fondu torpaqlarında meşəbərpa tədbirləri aparılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə veilən məlumata görə, bu, 2015-ci ilə nisbətən 0,1% artıqdır.

Meşə fondu torpaqlarında 34,0 min hektar sahədə meşə əkini və səpinlərinə xidmət göstərilib, 32,9 min hektar sahədə birdəfəlik suvarma, 2,6 min hektar sahədə yeni meşəliklərin salınması üçün torpaq hazırlığı işləri aparılıb, 91 hektar sahədə ağac və kol cinslərinin toxumları səpilib.

2015-ci illə müqayisədə ötən il kol və ağac cinsləri toxumlarının tədarükü 9,6% azalaraq 158,2 ton olub. Tədarük edilmiş toxumun 155,9 tonu və ya 98,5%-i enliyarpaqlı, 2,3 tonu və ya 1,5%-i iynəyarpaqlı ağacların toxumlarıdır. Enliyarpaqlı ağac toxumlarının 84,9%-i palıd, 4,9%-i qozmeyvəli ağacların, 10,2%-i isə digər enliyarpaqlı ağac və kol cinslərinin toxumlarından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR