ABŞ-da “McNeilus” şirkətinə məxsus avtomobil zavodunda partlayış baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
İlkin məlumata əsasən, partlayış zavodun boya sexində qeydə alınıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.