DGK: Dörd gün ərzində "Samur" postundan 700-dək maşın keçib

DGK: Dörd gün ərzində "Samur" postundan 700-dək maşın keçib
# 15 noyabr 2016 07:41 (UTC +04:00)

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda nəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb. Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Rusiya tərəfindəki sərhəd keçid məntəqəsinin buraxılış potensialının aşağı olması ilə əlaqədar son günlərdə "Samur" gömrük postunda yaranan sıxlıq qurum rəhbərliyinin qarşı tərəflə apardığı intensiv danışıqlar nəticəsində aradan qaldırılıb. Belə ki, 11-13 noyabr tarixlərində 475 yük avtomobilinin sərhəddən keçməsi təmin olunub. Noyabrın 14-də isə daha 215 nəqliyyat vasitəsi sərhədi keçib.

Hazırda "Samur" gömrük postu gündəlik iş rejimində fəaliyyətini davam etdirir və sərhəd-keçid məntəqəsində heç bir sıxlıq müşahidə olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR