Tovuzda qaynana və gəlin dəm qazından zəhərlənib

Tovuzda qaynana və gəlin dəm qazından zəhərlənib
# 02 dekabr 2016 17:40 (UTC +04:00)

Tovuzda dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şəhla və onun gəlini 1978-ci il təvəllüdlü Lamiyə Hacıyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki qadın Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR