Vergilər naziri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

Vergilər naziri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 15 yanvar 2018 12:54 (UTC +04:00)

Yanvarın 12-də vergilər naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişafı, ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlıq, o cümlədən təcrübə mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycanın regionlarında xarici investorlar üçün yaradılmış şərait, sənaye və texnologiyalar parklarında mövcud olan vergi və digər güzəştlər sistemi barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR