Bir qrup terrorçu Nigerin qərbində maşın karvanına hücum edərək 14 hərbçini öldürüb.
APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi ölkə rəsmilərinə istinadən məlumat yayıb.
“Mühafizəçilər və jandarma nümayəndələrinin olduğu karvan Tillaberi bölgəsində pusquya salınıb. Güclü döyüşdə yeddi jandarma və eyni sayda mühafizəçi ölüb”, - deyə Nigerin Daxili İşlər Nazirliyi mətbuata verilən açıqlamada bildirib.
Hərbçilərin Abal departamentində seçicilər arasında iş aparan qrupları mühafizə etdikləri deyilir.