Ağstafada qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Ağstafada qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 23 iyul 2017 23:02 (UTC +04:00)

Ağstafada yol qəzasında 4 nəfər xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Vurğun qəsəbəsində toqquşan iki avtomobildən birində Ağstafa şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Valeh, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Qasımova Rahilə və oğlu 1983-cü il təvəllüdlü Hüseynov Fərid olub.

Digər avtomobildə isə rayonun Həsənsu kənd sakini 1985-ci il təvəllüdlü Allahverdiyev Şakir olub.

Yaralılar Ağstafa rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

***

00:31

Ağstafada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2 kişi və bir qadın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR