Azərbaycanda BMT-nin 1325 saylı qətnaməsinin tətbiqinə dair Milli Fəaliyyət Planı hazırlanıb

Azərbaycanda BMT-nin 1325 saylı qətnaməsinin tətbiqinə dair Milli Fəaliyyət Planı hazırlanıb
# 20 dekabr 2019 15:55 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnamənin Azərbaycanda tətbiqinə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb.

APA-nın məlumatına görə, bu, Dövlət Komitəsinin ilin yekunları ilə bağlı hesabatında əksini tapıb.

Hesabatda bildirilib ki, təqdim olunan təkliflərlə layihə yenidən işlənərək dövlət orqanlarının müzakirəsinə təqdim olunub və Milli Fəaliyyət Planının layihəsinin mətni aidiyyəti qurumlarla razılaşdırılıb.

Eyni zamanda qeyd olunub ki, Dövlət Komitəsi tərəfindən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 7.4 bəndinin icrasının təmin olunması, Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”sı (CEDAW), Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, Dayanıqlı İnkişaf Məqsədləri və digər beynəlxalq sənədlərə uyğun olaraq “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2020-2024-cü illər Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb.

Xatırladaq ki, 1325 saylı qətnamə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 2000-ci ildə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR