Binəqədidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü ilə bağlı tədbir keçirilib

Binəqədidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü ilə bağlı tədbir keçirilib
# 14 fevral 2018 12:02 (UTC +04:00)

Binəqədi rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının altıncı ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, Aprel döyüşlərinin şəhidləri olmuş - Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri Seyfəddin Qurbanov və İmran Bağırov, SHXÇDX-nin Binəqədi rayon idarəsinin əməkdaşları, müvafiq ictimai birliklərin rəhbərləri, Binəqədi rayonu məktəblərinin hərbi rəhbər müəllimləri iştirak ediblər.

İ. Süleymanov bildirib ki, ölkədə hərbi xidmətə çağırış işinin təşkili və gənclərimizdə, eyni zamanda onların valideynlərində vətənpərvərlik hissi və Vətən sevgisi ən yüksək həddədir. O qeyd edib ki, aprel döyüşləri zamanı minlərlə gənc ordu sıralarına yazılmaq üçün könüllü şəkildə müraciət edib, şəhid olan qəhrəmanlarımızın valideynləri “Vətən sağ olsun!” deyərək Vətənə olan sevgilərini bildiriblər.

N. Rəhimov isə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışmaq məsuliyyətli, eyni zamanda olduqca şərəflidir.

Sonra çıxış edən Azərbaycan Qarabağ Müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbzadə Qarabağ əlilləri adından Vətənpərvəlik sahəsində görülən işlərə görə rayon rəhbərliyinə, eyni zamanda SHXÇDX –nin Binəqədi rayon idarəsinin əməkdaşlara minnətdarlığını bildirib və SHXÇDX-nin Binəqədi rayon idarəsinin rəisi N. Rəhimovu ictimai birliyin rəhbəri adından “Fədai” medalı ilə təltif edib.

Çıxışlardan sonra xidməti fəaliyyətində əldə etdiyi uğurlara görə, Vətənpərvərlik sahəsində xidmətlərinə görə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının altıncı ildönümü münasibətilə bir qrup şəxs fəxri fərmanlarla mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR