Almaniya parlamentinin üzvləri Azərbaycana səfər edəcək

Almaniya parlamentinin üzvləri Azərbaycana səfər edəcək
# 22 sentyabr 2017 11:26 (UTC +04:00)

Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycan səfər edəcək.

Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 2-dən 4-dək davam edəcək səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədlərin seçilməsidir.

Nümayəndə heyətinə Bundestaqın deputatı cənab Kai Gerinq rəhbərlik edəcək.

Məlumatda bildirilir ki, bu proqram Almaniya Bundestaqının prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Alman Bundestaqı tərəfindən ödənilir.

Səfər çərçivəsində alman nümayəndə heyəti Bakıda siyasət, iqtisadiyyat və təhsil sahələrindən nümayəndələrlə görüşlər keçirəcək. Mövcud əlaqələri və şəbəkəni inkişaf etdirmək üçün İPS proqramının məzunları ilə də görüş nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR