ABŞ-da qasırğa bir neçə binanı dağıdıb, elektrik xətlərini qırıb

ABŞ-da qasırğa bir neçə binanı dağıdıb, elektrik xətlərini qırıb
# 10 mart 2019 05:58 (UTC +04:00)

Qasırğa ABŞ-ın Arkanzas və Texas ştatlarında elektrik xətlərini qırıb, 20 mindən çox insanın elektrik enerjisi ilə təchizatı dayanıb.

ONA-nın NBC telekanalına istinadən verdiyi məlumata görə, qasırğa Arkanzas ştatını şənbə günü vurub.

Qasırğa bir neçə binanı dağıdıb. Zərərçəkənlər barədə hələ məlumat daxil olmayıb.

Qeyd edək ki, güclü qasırğa dünən səhər saatlarında Luiziana ştatında da bir neçə evə ciddi ziyan vurub.

Xatırladaq ki, keçən həftə qasırğanın yol açdığı fəlakət Alabama ştatında 23 nəfərin ölümünə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR