Bank Of Baku

Şirkətin malını oğurlamağa cəhd göstərən dəmir yolu stansiyasının işçiləri tutulub

Şirkətin malını oğurlamağa cəhd göstərən dəmir yolu stansiyasının işçiləri tutulub
# 05 fevral 2022 11:56 (UTC +04:00)

Şabranda şirkətin 1 ton 700 kiloqram malı oğurlanmağa cəhd edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şabran dəmir yolu stansiyası ərazisindən şirkətlərdən biri üçün xaricdən göndərilmiş 1 ton 700 kiloqram dəmir dayaqları, qayışları, şveller və digər metal oturacaqları oğurlamağa cəhd göstərmiş oranın işçiləri olan Şabran rayon sakinləri - yük qəbul edicisi F.Mahmudov, post növbətçisi X.Kazımov, qatar tərtibatçısı E.Ağayev və yük-qatar təhvil vericisi Z.Ağarzayev saxlanılmışlar.
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR