Vergilər Nazirliyində İsrail səfiri ilə görüş keçirilib

Vergilər Nazirliyində İsrail səfiri ilə görüş keçirilib
# 01 iyun 2018 12:35 (UTC +04:00)

Bu gün vergilər naziri Mikayıl Cabbarov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə cari ilin may ayında İsraildə keçirilmiş “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya”nın ilk iclasında müzakirə edilmiş məsələlər, ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişafı, kənd təsərrüfatı, yüksək texnologiyalar, alternativ enerji və təhsil sferalarında əməkdaşlıq, İsrailin işgüzar dairələrinin və sərmayəçilərinin ölkəmizin sosial-iqtisadi inkişaf layihələrində iştirakı barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və İsrail arasında vergitutma sahəsində əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR