Vanuatuda 5,8 bal gücündə zəlzələ olub

Vanuatuda 5,8 bal gücündə zəlzələ olub
# 16 yanvar 2017 02:51 (UTC +04:00)

Okeaniyada yerləşən Vanuatu ada dövlətinin Sakit okean sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sola şəhərindən 128 qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR