FHN Ağstafada baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Ağstafada baş vermiş yanğınla bağlı məlumat yayıb
# 21 avqust 2017 05:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağstafada baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində ümumi sahəsi 600 m² olan birmərtəbəli barak tipli yaşayış evinin yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Evin qalan hissəsi və digər bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR