Lənkəranda avtomobil piyadanı vurub

Lənkəranda avtomobil piyadanı vurub
# 16 yanvar 2017 16:29 (UTC +04:00)

Lənkəranda VAZ markalı minik avtomobili piyadanı vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

Hadisə nəticəsində xəsarət alan Bəşirov Ələkbər Qiyas oğlu sürücü tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hələlik hadisəni törədən avtomobilin sürücüsünün kimliyini müyyən etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR