ABŞ-da universitetə hücum edən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

ABŞ-da universitetə hücum edən şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 29 noyabr 2016 00:10 (UTC +04:00)

ABŞ polisi Kolambus şəhərində, Ohayo ştatının universitetinin ərazisində öldürülən şəxsin kimliyini müəyyənləşdirib.

APA-nın “AP” agentliyin istinadən verdiyi xəbərə görə, bu, ABŞ-da leqal yaşayan 18 yaşlı Somali əsilli Əbdul Razak Əli Artandır.

Hazırda polis hücumun terror aktı olması ehtimalını araşdırır. İstintaqın aparılmasına Federal Təhqiqat Bürosu və digər hüquq-mühafizə orqanlarının əməkdaşları qoşulub.

***

23:20

ABŞ-ın Ohayo Universitetinin ərazisində bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Şəxsiyyəti müəyyənləşdirilməmiş kişi əvvəl avtomobillə insanlara hücum edib, sonra bıçaqla yoldan keçənləri təqib etməyə başlayıb. Cinayətkar polis tərəfindən güllələnib. Polis insidentin terror aktı olduğunu istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR