Dünya Bankının nümayəndəsi: “Təhsil krediti alan tələbələrin sayı artırılmalıdır”

Dünya Bankının nümayəndəsi: “Təhsil krediti alan tələbələrin sayı artırılmalıdır”
# 08 fevral 2017 08:37 (UTC +04:00)

Dünya Bankı təhsil sektoruna ən yaxşı təcrübəni gətirmək üçün Azərbaycan hökuməti və Təhsil Nazirliyi ilə işləməkdə qərarlıdır

“Dünya Bankı təhsil sektoruna ən yaxşı təcrübəni gətirmək üçün Azərbaycan hökuməti, Təhsil Nazirliyi ilə işləməkdə qərarlıdır”. APA-nın xəbərinə görə, Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi bildirib ki, bu işləri müxtəlif tərəfdaşlarla əməkdaşlıq sahəsində həyata keçirməyə hazırdırlar. Burada Maliyyə Nazirliyini də nəzərdə tutduğunu deyən menecer vurğulayıb ki, “Maarifçi” Tələbə Kredit Fondu ilə də kifayət qədər müddətli əməkdaşlıqları var: “Biz bu sistemi daha təkmil formaya salmağı düşünə bilərik. Azərbaycanda ali təhsil sistemindən bəhrələnənlərin sayı çox olsa da, digər ölkələrdə vəziyyət daha yaxşıdır. Kredit sisteminin tətbiq edilməsi bu sahədə böyük addımdır və ali təhsil sahəsində mobil çevikliyin tətbiqində əsas amillərdəndir. Biz bu yolda sizə köməklik göstərməyə hazırıq”.

Dünya Bankının təhsil üzrə eksperti Kristian Aedo isə qeyd edib ki, Azərbaycanda kredit sisteminin ali məktəblərə çıxışı əldə edilib, digər ölkələr də bu təcrübədən bəhrələnə bilərlər: “Kredit sayəsində borc götürən tələbələrin faiz yükü azaldılıb. Nazirlik bu sahədə bizə məlumat verdikdə, onlara analitik dəstəyin göstərilməsi qərarına gəldik. Biz kreditlərin verilməsi ilə bağlı bütün məsələləri müzakirə edərək bu sahədə ən yaxşı təcrübələri nazirliyə təqdim etdik. Bu sistemi başqa ölkələrdə də yaya bilərik. Məqsədimiz kredit sistemin daha faydalı olmasıdır. Hələ ki, bundan az tələbə yararlana bilib. Gələcəkdə mövcud sayı genişləndirməyi düşünməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR