Bu ay meteorit axını müşahidə olunacaq

Bu ay meteorit axını müşahidə olunacaq
# 03 avqust 2017 10:23 (UTC +04:00)

Bu ay planetin sakinləri astronomik fenomenin şahidi olacaq.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi xəbəra görə, avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək. Sözügedən axın hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir.

Keçən ildən fərqli olaraq, bu il Yer kürəsinin sakinləri daha az “düşən ulduz” görəcəklər. Belə ki, ötən il gecələr müşahidə olunan meteoritlərin sayı 200-ə çatmışdısa, cari ildə orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə əngəl törədəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR