“Xalq qəhrəmanlıq eposu” Azərbaycan dilində çap olunub

“Xalq qəhrəmanlıq eposu” Azərbaycan dilində çap olunub
# 19 oktyabr 2017 11:14 (UTC +04:00)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” kitabı işıq üzü görüb.

Mərkəzdən APA-ya verilən məlumata görə, “Xalq qəhrəmanlıq eposu” german və roman, rus və cənubi slavyan, Orta Asiya və Azərbaycan xalqlarının dastan yaradıcılığı – “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Alpamış” və karel-fin dastanı “Kalevala” və s. arasında müqayisəli elmi araşdırmaların yer aldığı dəyərli tədqiqat məxəzidir.


Kitab ixtisaslaşmış auditoriya, elm və tədris müəssisələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Əsəri dilimizə Etimad Başkeçid çevirib. Ön sözün müəllifi akademik Muxtar İmanovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR