Bəkir Bozdağ: “Afrində dinc sakinlərin hədəfə alınması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”

Bəkir Bozdağ: “Afrində dinc sakinlərin hədəfə alınması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”
# 22 yanvar 2018 19:06 (UTC +04:00)

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində dinc sakinləri hədəfə alması ilə bağlı məlumatlar qara təbliğatdır.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.

“Bu kimi xəbərlər əsassızdır. Biz dinc sakinlərə qarşı maksimal həssaslıqla yanaşırıq. Hədəflərimiz yalnız terrorçular, sığınacaqlar, anbarlar, terrorçuların texnikasıdır”, deyə B.Bozdağ qeyd edib.

Onun sözlərinə görə, əməliyyatın ilk üç günü ərzində əvvəl planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb. “Hərbçilərimiz arasında ölən və yaralanan yoxdur”, deyə B.Bozdağ vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR