Azərbaycan Gürcüstana elektrik enerjisi ixracından gəlirini 20 dəfə artırıb

Azərbaycan Gürcüstana elektrik enerjisi ixracından gəlirini 20 dəfə artırıb
# 19 iyun 2017 13:37 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 28 mln. 324,6 min dollar dəyərində elektrik enerjisi idxal edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.

Rəqəmlərin təhlili göstərir ki, 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə Azərbaycan Gürcüstana ixrac etdiyi elektrik enerjisindən 26 mln. 915,4 min dollar və 20,1 dəfə çox gəlir əldə edib.

Belə ki, ötən ilin yanvar-may ayları ərzində qonşu ölkə Azərbaycandan 1 mln. 409,2 min dollar dəyərində elektrik enerjisi alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR