Göyçayda intihara cəhd edən 33 yaşlı qadın xəstəxanada ölüb - YENİLƏNİB

Göyçayda intihara cəhd edən 33 yaşlı qadın xəstəxanada ölüb - <span style="color: red;">YENİLƏNİB
# 09 aprel 2018 15:16 (UTC +04:00)

Dünən Göyçayda intihara cəhd edən zaman yaxınları tərəfindən xilas edilən qadın xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Qaraməryəm kənd sakini 1985-ci il təvəllüdlü Mahirova Raziyyə Əvəz qızını xilas etmək mümkün olmayıb.

Qadın bu gün orada vəfat edib.

Qeyd edək ki, R. Mahirova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Ailə üzvləri hadisədən tez xəbər tutub, koma vəziyyətinə düşən R. Mahirovanı təcili Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

***

8 aprel, 09.26

Göyçayda 33 yaşlı qadın özünü asıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Kənd sakini 1985-ci il təvəllüdlü Mahirova Raziyyə Əvəz qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Ailə üzvləri hadisədən tez xəbər tutub, koma vəziyyətinə düşən R. Mahirovanı təcili Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. R. Mahirovanın vəziyyəti ağırdır.

R. Mahirova ailəli olub, həyat yoldaşından ayrılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aydın deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR