Meksikanın Akapulko şəhərində daha iki nəfər güllələnib

Meksikanın Akapulko şəhərində daha iki nəfər güllələnib
# 07 yanvar 2017 02:40 (UTC +04:00)

Meksikanın Akapulko kurort şəhərində növbəti silahlı insident baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qerrero ştatının təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib.

Məlumata görə, naməlum şəxslər çimərlikdə iki kişini güllələyib. Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

İki gün əvvəl Akapulkoda bir neçə silahlı şəxs ərzaq bazarında atəş açaraq 6 nəfəri qətlə yetirmişdi.

Qerrero ştatı Meksikada ən təhlükəli bölgələrdən biri kimi tanınır. Burada narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında vaxtaşırı silahlı münaqişələr baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR