Elmar Məmmədyarov Astanada türkdilli dövlətlərin xarici işlər nazirlərinin toplantısında iştirak edib - FOTO

Elmar Məmmədyarov Astanada türkdilli dövlətlərin xarici işlər nazirlərinin toplantısında iştirak edib - <span style="color: red;">FOTO
# 10 sentyabr 2015 15:24 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında yer alan məlumatda deyilir.

Toplantıda Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov, Qırğızıstan xarici işlər naziri Yerlan Abdıldayev, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Firuddin Sinirlioğlu iştirak edirlər.

Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Qurumun sonuncu sammiti ötən ilin iyununda Bodrumda keçirilib.

Qeyd edək ki, Türkdilli ölkələrin prezidentlərinin V Zirvə toplantısı sabah Astanada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR