​Bakıda restoranda baş verən silahlı insidentdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

​Bakıda restoranda baş verən silahlı insidentdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 16 fevral 2017 14:20 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İclasda təqsirləndirilən şəxslərdən iki nəfərin prosesdə iştirak etmədiyi məlum olub. Buna görə proses fevralın 20-nə təxirə salınıb.

Qeyd edək ki, ötən ilin aprelində “Bulaq” restoranında Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Xəstəxanaya çatdırılan şəxslər xilas edilib. Hadisəni törədən şəxslər tutulub. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR