Ağdamda məsciddən oğurluq edilib

Ağdamda məsciddən oğurluq edilib
# 20 fevral 2017 15:48 (UTC +04:00)

Ağdamda məsciddən oğurluq edilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xındırıstan kənd məscidində qeydə alınıb. Məscidə pəncərədən daxil olan şəxs və ya şəxslər oradan 10 ədəd xalça, 1 ədəd tozsoran, 3 ədəd ventilyator və 1 ədəd su təmizləyici qurğu oğurlayıblar.

Hadisə yerində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib. Faktla bağlı araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR