Çikaqoda atışma baş verib

Çikaqoda atışma baş verib
# 26 yanvar 2017 09:56 (UTC +04:00)

Çikaqoda bir neçə gün əvvəl öldürülən gəncin xatirəsinə keçirilən mərasimdə atışma baş verib.


APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə ABŞ prezidenti Donald Trampın şəhərdə odlu silahla törədilən cinayətlərə son qoyulması üçün hökumətin müdaxilə edə biləcəyi ilə bağlı hədələrindən sonra baş verib.

Silahlı hücum bir neçə gün əvvəl öldürülən 20 yaşlı gəncin yerli restoranların birində anım mərasimi zamanı baş verib. Xəsarət alan 6 nəfər arasında 12 yaşlı qız uşağı da olub. Hadisə ilə bağlı saxlanılan olmayıb.

ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, 2,7 milyon əhalisi olan Çikaqo odlu silahla törədilən cinayətlərin sayına görə birinci yerdə, üstü açılan cinayət işlərinin sayına görə isə sonuncu yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR