Azərbaycanda səyahət sığortası üzrə daxilolmalar 24% artıb

Azərbaycanda səyahət sığortası üzrə daxilolmalar 24% artıb
# 13 iyul 2018 12:12 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 1 mln. 643,7 min manat olub.

APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, may ayındakı göstəricidən 432,6 min manat və ya 35,72% çoxdur. Bir il əvvəl ilə müqayisə etsək, xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 319,8 min manat və ya 24,16% çoxdur.

Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərə gəlincə, bu ilin iyulun 1-nə bu rəqəm 456,1 min manat təşkil edib ki, bu, may ayı ilə müqayisədə 26,3%, 1 il əvvəl ilə müqayisədə isə 3,5 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR