FAKTİKİ HAVA: Bəzi yerlərdə leysan yağıb

<span style="color: red;">FAKTİKİ HAVA : Bəzi yerlərdə leysan yağıb
# 13 oktyabr 2016 10:09 (UTC +04:00)

Bakı - APA. Azərbaycan ərazisində faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, oktyabrın 12-si gündüzdən 13-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-12, Lənkəran-Astara zonasında 3-48, Böyük Qafqazda 4-48, Mərkəzi Aran rayonlarında 2-8 mm təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR