Tokio yaxınlığında zəlzələ baş verib

Tokio yaxınlığında zəlzələ baş verib
# 04 yanvar 2017 17:31 (UTC +04:00)

Yaponiyanın paytaxtı Tokio yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Fukusima prefekturasında, ocağı isə 60 km dərinlikdə yerləşib.

Zəlzələ Tokioda hiss olunub.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR