Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzvlərinin iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzvlərinin iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək
# 20 dekabr 2016 13:11 (UTC +04:00)

Dekabrın 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 50-dən çox nümayəndə iştirak edəcək.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinləniləcək, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR