Masallıda kriminal avtoritetin qardaşı öldürülüb - YENİLƏNİB

Masallıda kriminal avtoritetin qardaşı öldürülüb - <span style="color: red;">YENİLƏNİB
# 21 dekabr 2016 15:32 (UTC +04:00)

Masallı rayonunda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Türkoba kəndi ərazisində qeydə alınıb.

Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz Maşallah oğlu İsmayılov naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb.

Məlumata görə, hadisəni törətmiş şəxs könüllü polisə təslim olub. Onun qətlə yetirdiyi şəxsin lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşı olduğu bildirilir.

Qeyd edək ki, cari il iyunun 20-də Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter Elçin”in 43 yaşlı qardaşı Maarif İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən əldəqayırma tapança ilə güllələnərək qətlə yetirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR